Ermənilərin Gürcüstanı işğal planı üzə çıxdı

Gürcüstan mətbuatının materialları əsasında 90-cı illərin əvvəllərində baş verən Gürcüstan-Abxaziya müharibəsi zamanı Baqramyan adına erməni taborunun döyüşçülərinin törətdiyi cinayətlər ilə bağlı bir neçə məqalə dərc etmişik.

Sözügedən cinayətlərə dair materiallar ilə tanışlıq nəticəsində aydın olur ki, bu, Gürcüstanın şimal-şərqinin etnik bir hissəsi kimi gürcülərin məhv edilməsindən ibarət olan çoxdan düşünülmüş bir strategiya idi. Gürcüstan mətbuatının yazdığına görə, bu “strategiyanın” başlanğıcı Marşal Baqramyanın yüksəliş dövrünə təsadüf edir.

Gürcüstan Yazıçılar Birliyinin və Abxaziya Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü Sergi Sacaya taborun Baqramyanın adını daşımasının təsadüfi olmadığını xatırladıb. Bu, “Böyük Ermənistan”ın yaradılması planının hazırlamasında marşalın “xidmətləri” qarşılığında edilən təşəkkür idi.

“70-ci illərdə dayımın oğlu birlikdə Moskvaya getməyə qərar verdik. O vaxtı İrəvan-Moskva qatarı işləyirdi. Bilet almadıq və qatar bələdçisindən bizi biletsiz yerləşdirməsini xahiş etdik. Bələdçi bizə beynəlxalq vaqon təklif etdi. Əyləşdik. Dayımın oğlu yunan idi, mən də ana tərəfdən yunan idim. Başladıq yunan dilində danışmağa. Birdən qonşu kupedən idman formasında bir kişi içəri girdi. Bizim gürcü olub-olmadığımızı soruşdu. Bir az söhbət edəndən sonra qonağımız erməni təamlarını masaya düzüb, içki içməyə başladı.

İkinci qədəhdən sonra “idmançı”nın ürəyi açıldı. Abxaziyada vəziyyətin necə olduğunu, gürcülərin qanunları pozub-pozmaduqlarını soruşdu. Bir neçə kiçik problemin olduğunu bildirdim.

Bizi sakitləşdirərək dedi ki, bəs guya yaxın zamanda Abxaziyada ümumiyyətə gürcü qalmayacaq və Abxaziya tezliklə “Böyük Ermənistan”ın bir hissəsi olacaq. Onun sözlərinə görə, Qərbi Gürcstanda bu yöndə artıq işlər gedir. Qonağımız bizi ermənilərin Rusiya ilə birlikdə gürcüləri və abxazları Abxaziyadan qovacaqları ilə bağlı planla tanış etdi”, – Sacaya qeyd dib.

Onun xatirələrində deyilir ki, ermənilər Abxaziyanın erməniləşdirilməsində əsas rolu Rusiyaya vermişdilər. Və bu proses 80-ci illərin sonlarında Moskvanın zəifləməsindən öncə başlayıb.

“Gürcülərin Abxaziyadan qovulması planı 60-cı illərdə hazırlanıb. Yeri gəlmişkən, bunu bizə Baqramyan özü deyib”, – Sacaya xatırlayır.

Qeyd edək ki, bu və ya digər bölgənin erməniləşmə prosesinin strategiyasını təsvir edən kiçik bir fraqmentdir. Davam həmişə olduğu kimi olacaq.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button