Ermənistanın müharibə cinayətinə Bakıdan sərt etiraz və tələb – yeni gəlişmələr

Livandan erməni terrorçularının işğal altındakı Azərbaycan ərazilərinə daşınmasına beynəlxalq aləm səssiz qalıb; Prezidentin köməkçisindən sonra Azərbaycan XİN də məsələyə kəskin reaksiya verdi; politoloq: “Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır”

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış işğalçı Ermənistana özünün növbəti məkrli planını reallaşdırmaq üçün “göydəndüşmə” fürsət oldu. Hadisə baş verəndən dərhal sonra rəsmi İrəvan partlayışdan Beyrut ermənilərinin ciddi şəkildə zərər çəkdiyini iddia edərək onların Ermənistana köçürülməsi ideyasını irəli sürdü ki, bu da əslində işğal altındakı Azərbaycan ərazilərində neçə illərdən bəri həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin davamı sayılmalıdır.

Ermənistan Suriyadakı vətəndaş müharibəsindən sui-istifadə edib, bu ölkədə yaşayan ermənilərin Qarabağa köçünü təşkil edirdi. İndi də kəmfürsətcəsinə Livandan ermənilərin kütləvi köçünə start verilib. Heç şübhəsiz ki, Beyrutun ən bahalı məhəllələrinin sakinləri üçün sosial-iqtisadi durumun ağır olduğu Qarabağda yaşamaq asan məsələ deyil və bu işin perspektivi görünmür. Amma təhlükəlisi budur ki, İrəvan “evsiz-eşiksiz qalmış erməni ailələri” adı altında əslində Suriya və Livandan erməni terrorçularını Qarabağa gətirir. Fakt budur ki, Livan erməni terror təşkilatı ASALA-nın “ana vətəni”dir və 90-cı illərin əvvəllərində bu ölkədən Qarabağa gəlib muzdlu döyüşçü kimi Azərbaycana qarşı döyüşən terrorçular az olmayıb. Qarabağın işğaldan azad edilməsində israrlı olan Azərbaycana qarşı bütün imkanlarını səfərbər edən Ermənistan üçün ərəb ölkələrindəki erməni terrorçularının gücündən də istifadə etmək əlavə imkanlar yaradır. Reallıq budur ki, Ermənistan sürətlə boşalır və hərbi xidmət yaşı çatanlar Qarabağda ölməmək üçün ölkəni tərk edir. Rəsmi məlumata görə, ölkəni hərbi xidmətdən yayınmaq məqsədilə tərk edənlərin sayı 5 mini ötür. Hətta əlavə güzəşt vədləri də erməni gənclər üçün cəlbedici olmadı. Elə iki gün əvvəl Rusiyada gizlənən 36 yaşlı fərari ermənilərdən biri   həbs edilərək Ermənistana gətirildi. Bu mənada həlledici döyüş ərəfəsində Ermənistan üçün muzdlulardan ibarət dəstələrin formalaşdırılması çıxış yoludur.

Livan erməniləri Dağlıq Qarabağa köçürülür » Xeberdar.net

Çox təəssüf ki, beynəlxalq aləm bu dəfə də İrəvanın məkrli siyasətini sükutla qarşılayır. 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına aparıcı dövlətlərin və təşkilatların biganə münasibəti Ermənistana əlavə imkanlar yaradır. Belə bir durumda işğal zonasında əlavə infrostrukturun yaradılması və “köç siyasəti”nin uğurla başa çatdırılması istiqamətində işlər aparılır. “İkili standartlar”a rəğmən hətta əcnəbi ekspertlər də təhlükəli planın fərqindədirlər. “Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin demoqrafiyasını dəyişdirmək cəhdi bəşəriyyətə qarşı cinayətdir”. Bunu «Trend»ə livanlı politoloq və tədqiqatçı Əli Bəkir deyib. Politoloq vurğulayıb ki, Dağlıq Qarabağın demoqrafik quruluşunun dəyişdirilməsi cinayətdir və Ermənistan hökuməti bu məsələyə aid beynəlxalq qanun və normalara məhəl qoymadığına görə məsuliyyətə cəlb edilməlidir.

Livanlı ermənilər Şuşaya köçürülür / İstipress

Azərbaycan dövləti isə məsələnin ciddiliyini qəbul edərək işğalçı dövlətin cinayətkar planını ifşa etmək üçün bütün istiqamətlərdən hərəkətə keçib. “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparan Ermənistan son günlər xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirir. Dünən sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb”.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin köməkçisi təyin edilib | Report.az

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir”-dövlət rəsmisi bildirib. H.Hacıyev bəyan edib ki, qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır: “Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdir. Beynəlxalq hüquqa əsasən işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi də bu məsələ ilə bağlı açıqlama verib. “Bu qanunsuz fəaliyyət işğalçı Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının, eləcə də Ermənistanın özünün üzərinə götürdüyü öhdəliklərinin kobudcasına pozulmasıdır”-rəsmi açıqlamada deyilir.

Məlumata görə, Azərbaycan XİN Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasəti, konkret olaraq Livandan etnik ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarına köçürülməsi ilə bağlı ciddi etirazını ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında və müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaldırıb: “İşğal edilmiş ərazilərimizdə həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən qanunsuz məskunlaşdırmaya dair beynəlxalq ictimaiyyət mütəmadi məlumatlandırılacaq və bu qanunsuz təcrübəyə son qoyulması istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində səylərimiz davam etdiriləcək.  

Azərbaycan ərazilərini işğal altında saxlayan və bu ərazilərdə qeyri-qanuni fəaliyyəti həyata keçirən Ermənistan hökumətinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq ictimaiyyəti əməli addımlar atmağa çağırırıq”.

Bir sıra QHT-lər tərəfindən isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən erməni əhalisinin qanunsuz köçürülməsi hallarına dair  ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və beynəlxalq təşkilatlara müraciət ünvanlanıb. “ATƏT-in Minsk Qrupunun həmsədrləri, ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən mütəşəkkil qaydada qanunsuz köçürülməsi prosesinə dərhal reaksiya göstərməsini tələb edirik”-müraciətdə deyilir.

“Məlumdur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini əlində saxlamaq üçün müxtəlif üsullara əl atır. Bu ərazilərə əhali məskunlaşdırma proqramı var, ona uyğun da hərəkət edirlər. Bir zamanlar Suriyadan, indi isə Livandan əhali köçürülür, daha öncələr isə buraya yalnız erməniləri deyil, kürdləri də yerləşdiriblər”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ - modern.az
Qafar Çaxmaqlı

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Ekspert qeyd etdi ki, onun bir neçə il bundan əvvəl “İşğal və məskunlaşma fitnəkarlığı” adlı bir araşdırma kitabı da nəşr olunub: “Kitabın adında həmin ”fitnəkarlıq” indiki məskunlaşdırma siyasətinə də aiddir. Ermənilər Dağlıq Qarabağla bağlı prosesləri pozmaq üçün belə fitnəkarlıq edəcəklər. Qarabağa köçürdükləri ailələrin uzun müddət burada qalma məsələsi yoxdur. Onlar həm dünya erməniliyinə guya “mağdur ermənilərin himayəçisi” kimi görünmək və həm də öz iyrənc planlarını həyata keçirmək üçün bu addımı atırlar”. Araşdırmaçı alim bildirdi ki, qeyri- rəsmi məlumatlara görə, Dağlıq Qarabağ və işğal olunmuş Azərbaycan rayonlarına 35 minə qədər əhali köçürülüb: “İşğal edilmiş ərazilərdə indi də Livandan gətirilən əhalinin yerləşdirilməsi Azərbaycanın antiterror əməliyyatları keçirməsinin qarşısını almaq üçün edilir, guya livanlı erməni əhali ağır durumda buraya gətirilib yerləşdirilib, onların təhlükəzliyi üçün beynəlxalq himayəni əldə etmək istəyir. Amma bu, qanunsuz məskunlaşma olduğundan Ermənistanın hay-küyünün bir nəticəsi olmayacaq”.

Q.Çaxmaqlı qeyd etdi ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin verdiyi açıqlama da Ermənistanın qeyri-qanunu məskunlaşdırma siyasətinin regionda gərginlik yaradacağına işarədir: “Azərbaycan dövləti bunun qarşısını almaq üçün beynəlxalq təşkilatları səsləyir, amma işğal aradan qaldırılmayınca, bu məsələlər də çətin həllini tapsın”. Politoloq Qarabağa erməni terrorçularının köçürülməsi məsələsinin Bakı-Ankara danışıqlarında da müzakirə mövzusu olduğunu istisna etmir: “Türkiyənin ordu olaraq Azərbaycanda varlığı və Dağlıq Qarabağla bağlı yeni bir siyasi situasiyanın yaranmasına gətirib çıxardığı sirr deyil. Gəlişmələrin Azərbaycanın xeyrinə dəyişdiyini ermənilər də bilirlər və bunu yazmaqdadırlar. Bu məsələləri Türkiyə ilə məsləhətləşmək faydalı olardı. Qanunsuz əhali yerləşdirilməsi ilə bağlı şikayət etməyə, hansısa beynəlxalq təşkilatın qapılarını döyməyə gərək yoxdur. Məsələnin ən yaxşı həll yolu antiterror əməliyyatlarına başlamaqdır. Məsləhətləşmələr də bu istiqamətdə olmalıdır”.

Vahid Əhmədov uşaqpuluna "yox" deməyi düzgün hesab etmir
Vahid Əhmədov

Deputat Vahid Əhmədov Moderator.az-a deyib ki, olduqca təhlükəli bir proses gedir: “Bununla bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev də açıqlama verdi, baş verənlərin mahiyyətinə aydınlıq gətirdi, Ermənistanın məkrli siyasətini ifşa etdi. Qarabağ Azərbaycan ərazisi olmasına baxmayaraq, onlar faktiki olaraq bu ərazini terror yuvasına döndəriblər. Ora yığılanların 90%-i terrorçulardır. Hesab edirəm ki, dövlət tərəfindən buna çox sərt reaksiya verilməlidir. Bu məsələnin araşdırılması üçün də beynəlxalq təşkilatlara müraciət edilməlidir”.

Ermənistanın xain planları və vaxtaşırı səslənən təhdidlərinin qarşılığında zəruri addımlar atılır. Ötən həftə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmənin mövqelərini müşahidə edib. Ön xətdə olan Prezident köməkçisi döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb.

Döyüşün qaçılmaz olduğu məlumdur, sadəcə, zaman məsələsi var. Ordusunu muzdlular və terrorçular hesabına komplektləşdirməyə çalışan işğalçı sarsıdıcı zərbə alacağını anlayır, sadəcə, ondan “maşa” kimi istifadə edən ağasının himayəsinə arxayın olduğu üçün hələ ki alət olmaqdan vaz keçmir. Ancaq müharibə cinayətlərindən vaz keçməyənlərlə danışıqların heç bir mənasının olmadığını hər kəs görür. Qarabağa köç edən Livan erməniləri – ASALA terror təşkilatının üzvləri təkcə Azərbaycana deyil, Ermənistan xaric, bütün bölgə ölkələrinə, o cümlədən Türkiyəyə təhlükə vəd edir…

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button