Ermənistan Azərbaycan plakatı ilə müharibəni də uduzdu

Psixologiyada artıq çoxdandır ki, ağır xəstə və ölümcül insanların emosional reaksiyasının beş əsas mərhələsi seçilib. Bunlar – inkar , qəzəb, sövdələşmə, depressiya və qəbuldur.

İkinci Qarabağ müharibəsində sarsıdıcı məğlubiyyətdən sonra Ermənistan cəmiyyəti çox ağır xəstə insanı xatırladır. Bu məqamda Ermənistanın müxtəlif yerlərində emosional reaksiya mərhələsi fərqlidir. Əgər Yerevanda və Ermənistanın əsas hissəsində cəmiyyət reaksiya – depressiya və qəbulun son mərhələlərindədirsə, Ermənistanın cənubunda, xüsusilə Sünikdə (Zəngəzur) insanlar hələ də inkar və qəzəb mərhələsindədirlər.

Sünik sakinləri hələ də inkar və qəzəb mərhələsindədirlər

Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Ermənistanın məhz bu hissəsində Azərbaycanla sərhədlərin demarkasiyası prosesi gedir. Zəngilan rayonu işğal olunandan sonra burada son 30 il ərzində Azərbaycan-Ermənistan sərhədi mövcud olmayıb. Azərbaycan Ordusu işğal olunmuş əraziləri azad edərkən birbaşa dövlətlərarası sərhədlərə çıxmışdı, hansını ki, bu gün həm Yerevanda, həm də Bakıda müəyyən etməyə çalışırlar.

Sərhədlərin demarkasiyası özlüyündə son dərəcə mürəkkəb prosesdir, müharibədən sonrakı dövrdə isə uduzmuş tərəf üçün tamamilə fəlakətlidir. Sərhədlərin müəyyən edilməsi ərazinin hansısa hissələrinin əks tərəfə verilməsini nəzərdə tutur. Və Azərbaycana hər hansı bir kiçik torpaq sahəsinin qaytarılması erməni cəmiyyəti tərəfindən süngü ilə qarşılanır.

Baş nazir Nikol Paşinyan dəfələrlə millətə müraciət edərək izah etməyə çalışıb ki, Ermənistanın Sovet sərhədlərinə qayıtması ölkənin təhlükəsizliyini təmin etmək və gələcəkdə baş verə biləcək insidentlərdən qaçmaq üçün edilir. Rusiya da belə bir mövqedədir ki, tərəflər sovet dövründə müəyyən edilmiş respublikaların sərhədlərinə qayıtmalıdırlar. Lakin erməni siyasətçilərin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı verdikləri hər bir açıqlama yalnız alovun üstünə yağ tökür və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırır.

Bu, Sünikdə xüsusilə ağrılı şəkildə qəbul edilir. Baş nazir Paşinyan yeni təxribatlar qorxusundan bu bölgəyə səfərini hətta yarıda kəsməli oldu. Və süniklilər təxribatlara qadirdirlər.

Gorusdən Qafana gedən yolda zərərsiz Azərbaycan banneri ilə bağlı insident nəyə desən dəyər. Xatırladaq ki, müharibədən sonra bu yolun bir hissəsi Azərbaycan ərazisində qalıb. Bununla belə, Azərbaycan sərhədçiləri blokpostlar qurmadılar və ermənilər üçün Gorusdən Qafana təhlükəsiz gediş tam təmin edildi. Bununla yanaşı, yolun bir hissəsində “Azərbaycana xoş gəlmisiniz” yazısı ilə banner quraşdırıldı. Zərərsiz banner Sünik vilayətinin sakinləri arasında əsl təlaş yaratdı və az qala, Ermənistanda yeni siyasi qalmaqala çevrildi.

Vəziyyətə hansısa təsir göstərmək imkanına malik olmayan və hələ bir müddət əvvəl  Bakıya hərbi yürüş etməyi arzulayan bir qrup erməni gecənin qaranlıq pərdəsi altında bu banneri rəngləmişdi. Azərbaycan bannerinə qarşı müharibə erməni ictimaiyyətində rəğbətlə qarşılandı, vandalizm aktı törədən fəallar isə bir anda milli qəhrəman oldular.

Ancaq vandalların sevinci çox çəkmədi. Azərbaycan Dövlət Sərhəd Xidmətindən virtualaz.org-a bildirdikləri kimi, yolun bu hissəsində salamlama banneri qısa müddət ərzində bərpa edilib. Beləliklə, artıq əminliklə demək olar ki, Ermənistan Azərbaycan plakatı ilə müharibəni də  uduzub…

Hamısını Göstər

Related Articles

Back to top button