Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava – VİDEO

Ermənistan Milli Məclisinin iclasında hakim “Vətəndaş Müqaviləsi” və müxalif “Güclü Ermənistan” fraksiyalarının deputatları arasında dava düşüb.
Polise.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Mübahisə şiddətli əlbəyaxa davaya çevrildikdən sonra parlament sədri Ruben Rubinyan iclasda fasilə elan edib.
Təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə edərək deputatları iclas zalından çıxarıblar. Amma əlbəyaxa dava Milli Məclisin dəhlizində də davam edib.
Polise.az



