Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılaraq ŞBPİ-nə gətirlib. Onun üzərinə baxış keçirlən zaman narkotik vasitə olan qurdulmuş marixuana aşkar edilərək götürlüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kq 895 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçridikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamqda şübhəli bilinən şəhər sakini Tərlan Hüseynov saxlanılan zaman onun üzrəindən narkotik maddə olan heroin aşkarlanıb.

Polise.az xəbər verir ki, Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşları da qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Mehti Məmmədovun üzərindən narkotik maddə olan heroin aşkar edib. İdarə əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Pərvin Sadıqov saxlanılan zaman isə ondan narkotik maddə olan heroin aşkarlanıb.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları isə qanunsuz olaraq narkotik maddə olan metamfetamin və marixuana əldə edib saxlmaqda şübhəli bilinən Vidadi İsgəndərovu saxlayıb. Saxlanılan şəxsin yaşadığı evindən də marixuana aşkar olunub.   

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölbəsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Rasim Qasımov saxlanılıb. Polis İdarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Rasim Qasımov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 1 kq-dan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.

Qeyd edək ki, ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Aşkar edilən faktlara üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button