Qəbələdə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini Rəvan Qurbanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub.Buna baxmayaraq həmin şəxs qanunsuz olaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb.

Onun barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button