Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB)
əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi
nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb
olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan verilən məlumata görə, bir qrup gəncin özlərinə məxsus müxtəlif
markalı avtomobillərlə qadağan olunmuş səs siqnallarından, qanunla qadağan
edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni
məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə
yaratdığı məlum olub. Bundan başqa monitorinq zamanı dəfələrlə barəsində tədbir
görülməsinə baxmayaraq özünəməxsus avtomobilin dövlət qeydiyyat nişanını
müxtəlif vasitələrlə gizlədən sürü bu dəfə də məsuliyyətə cəlb olunub.
Polis əməkdaşları tərəfindən sürücülərlə profilaktiki söhbət aparılıb və
barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan
qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.

Hamısını Göstər

Related Articles

Back to top button