General: “İrəvan xəritəni verməsə, Qarabağdakı minatəmizləmə prosesi uzanacaq”

Ermənistan azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritəsini verməsə, bölgənin minalardan təmizlənməsi müddəti iki dəfə uzana bilər. 

Bunu ARB24-ün “İş vaxtı” verilişində açıqlama verən türkiyəli general Yücel Karauz deyib. 

O bildirib ki, xəritə veriləcəyi təqdirdə, bölgədə 6 ay ərzində təhlükəsizlik təmin olunacaq:

“Minalanmış ərazilərin xəritəsi veriləcəyi təqdirdə, məqsədimiz aparılacaq axtarış fəaliyyətini 6 ay ərzində tamamlamaq və bölgəni yaya qədər təhlükəsiz vəziyyətə gətirmək olacaq. Əgər bu xəritələr verilməsə, proses 1 və 1.5 ilə qədər uzana bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button