İlham Əliyev Pakistan və Əfqanıstanın dəstəyini yüksək qiymətləndirir – Şərh

Ötən il sentyabrın 27-də və 28-də – müharibənin birinci və ikinci günü qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə ediblər.

Bu barədə Prezident İlham Əliyev martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında bildirib.

Türkiyə və Pakistan Qarabağ məsələsində, eyni zamanda digər sferalarda da Azərbaycana dəstəyini ifadə edib. Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərində strateji tərəfdaşlıq əsas xətdir.

Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlığı da yüksələn xətlə davam edir.

Əfqanıstan da Azərbaycanı haqq səsini müdafiə edən müsəlman ölkələrindəndir.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevə “qardaşım” deyə xitab edib.

“Mən tarixi nailiyyət münasibətilə qardaşım Prezident Əliyevi təbrik etməkdən məmnunluq hissi duyuram. Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi”, – deyə Əfqanıstan dövlət başçısı bildirib.

Əfqanıstan müxtəlif səviyyələrdə Azərbaycanla əməkdaşlığı davam etdirir, Zirvə toplantısında verilən mesajların mahiyyəti onu göstərir ki, post-müharibə dövrünün əməkdaşlıq platformasında Əfqanıstan da yer alacaq.

Azərbaycan Əfqanıstanda sülhə töhfə verən ölkələrdəndir. Azərbaycan artıq 20 ilə yaxındır ki, Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edir. Rəsmi Bakı bütün bu illər ərzində bu ölkədə təhlükəsizliyin qorunmasına sadiqliyimizi nümayiş etdirib.

Münasibətlər parlamentlər səviyyəsində də mövcuddur. Milli Məclisdə Türkiyə və Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə yanaşı, Əfqanıstan dostluq qrupu da fəaliyyət göstərir.

Hamısını Göstər

Related Articles

Back to top button