“Göndərmə və yerləşdirmə” qanunu əsasında ermənilərin köçürülməsi

“Sövq və Yerləşdirmə” (Osmanlı Türkcəsi “Sevk ve İskân Kanunu”) əsasında 1915-ci ildə tətbiq olunan Ermənilərin köçü ilə bağlı qanun 27 May 1915-ci ildə qəbul edilib və Osmanlı Dövlətinin 1 iyun 1915-ci il tarixli Təqvim-i Vəkayi Rəsmi Qəzetində yayımlanaraq qüvvəyə minib. Ermənilərin köçü „köçürmə (təhcir)“ deyil, „Sövq və Yerləşdirmə“ qanunu kimi həyata keçirilib.

Qərb ölkələri həmişə olduğu kimi mövzuya tarixi hadisələri təhrif edərək yanaşır.

Almaniya, İkinci Dünya Müharibəsində tətbiq etdiyi soyqırıma məhəl qoymadı və 2016-cı ildə Türkiyəyə qarşı çıxarılan qərarla “Sövq və Yerləşdirmə” qanununu qondarma “Erməni  soyqırımı” kimi qəbul etdi.

“Ancaq 1915-ci ildə Ermənilərin köçürülməsi, Osmanlı Ordusu Baş Qərargah İkinci Rəisi Prussiya Generalı Fridrix Bronsart fon Şellendorfun qərarı ilə həyata keçirilib.” [1]

Qeyd edək ki, Schellendorf,  1914-1917-ci illər ərzində “İkinci Baş Qərargah Rəisi Müharibə Ümum Generalı” kimi Osmanlı Dövləti Ordusunda vəzifədə olub, ancaq o, 1913-cü ildən Osmanlı ordusunda vəzifədə olub.

“Osmanlı ordusunun ümumi qərargahının rəisi olaraq Bronsart, Türk ordusunda ən əhəmiyyətli Alman zabiti idi və bu rolda ermənilərin soyqırımında iştirak etmişdir.” [2]

“1926-cı ildə Tannenberqin Federal Prezidenti olmuş Şellendorf, 1930-cu illərdə Adolf Hitlerin en öndə gedən müdafiəçisi olub.” [3]

“Osmanlı ordusunun Baş Qərargah Rəisi kimi Ermənilərin köçürülməsi üzərində iş aparan Şellendorf sürgün hadisəsində böyük rol oynayıb.” [4]

“Bu gün bir çox ABŞ, İngilis,Fransız və Alman tarix tədqiqatçısı, Şellendorfu Erməni sürgünün planlaşdırıçısı kimi qəbul edir.” [5]

“Erməni  sosioloq Vahakn Norair Dadrian bildirir ki, Şellendorfun Ermənilərin köçürülməsi məsələsində birbaşa əmr verdiyini sübut edən bir çox arxiv məlumatı vardır.” [6]

Fridrix Bronsart fon Şellendorf Baş Qərargah Rəisi kimi Qüdsə səfəri zamanı Ənvər Paşanın yanında (birinci sırada solda) (1916-cı il)

1914-1917-ci illər ərzində Osmanlı ordusunun qəbul etdiyi qərarlar Şellendorf tərəfindən imzalanıb. Bu çərçivədə Şhellendorf və Osmanlı Dövlətinin müttəfiqi olan Almaniya, Ermənilərin „Sövq və Yerləşdirmə“ tətbiqindən birbaşa cavabdehdir.

Almaniya Birinci Dünya Müharibəsində Osmanlı Dövlətinin müttəfiqi kimi iştirak edib və çox sayda yüksək rütbəli Alman zabiti Osmanlı Ordusunda ali vəzifələrdə yer tutub.

Onlardan bəziləri vəzifələrinə görə bunlardır:

Bronsart von Schellendorf Paşa; Baş Qərargah Rəisi

Liman von Sanders Paşa; Ordu komandiri

Erich von Falkenhayn Paşa; İldırım orduları komandiri

Guido von Usedom Paşa; Türk dəniz boğazları komandiri

Perrinet von Thauvenay Paşa; Kəşfiyyat xidmətiləri komandiri

Erich Paul Weber Paşa; Mühəndislik komandiri

Johannes Merten Paşa; Arbitrasiya komandiri

Max Schlee Paşa; Lojistik komandiri

Albay Bischof Paşa; Ordu baş müsahifəsi komandiri

Wilhelm Anton Souchon Paşa; Dəniz qüvvələri komandiri

Heuck – Nikola – Sodenstern – Kannengiesse paşalar; Ümum ordu komandirləri

Niyə Avropa hər il qondarma „soyqırım günü“ il dönümündə ABŞ prezidentinin „soyqırım“ ifadəsini işlədib-işlətməyəcəyini gözləyir? Çünki qondarma „soyqırım“ iddiasını dünyaya qəbul etdirmək üçün təkcə Avropanın qərarı kifayət etmir. Bu səbəbdən ABŞ-ın qərarı Avropa üçün çox vacibdir.

Həqiqi bir Erməni  soyqırımı olsaydı ABŞ, AB və Rusiya bir dəfəlik birgə qərar verər və soyqırımı dünyaya elan edərdilər. Əlbət də ki, onda təkcə „soyqırım“ qərarı yox həm də, beynəlxalq hüququn gücündən də istifadə edərdilər.

Ancaq əsl Erməni soyqırımı olmadığı üçün bu iddianı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə davam edirlər. O ki, qaldı Ermənistan, ABŞ, AB və Rusiya xaricindəki dünya ölkələri soyqırım iddiasını real hesab etmir.

QƏRBİN “ÜÇ “T” XƏYALI

ABŞ Prezidenti Joe Biden nəhayət gözlənilən açıqlamanı verdi və 1915-ci ildə Ermənilərə tətbiq olunan „Sövq və Yerləşdirmə“ köçünü „soyqırım“ kimi qəbul etdiyini bildirdi.

Əlbəttə, bu səylərin arxasındakı əsas məqsəd yalnız „soyqırım“ deyildir.

Türkiyənin bölgədəki ərazi bütövlüyünü və siyasi gücünü soyqırım iddiası ilə ortadan qaldırmaqdır.

Ermənistanın məqsədi ABŞ, AB və Rusiyanın dəstəyi ilə Türklər tərəfindən soyqırıma məruz qaldıqları yalanına dünya ictimaiyyətini inandırmaq və „üç „T“  xəyallarını reallaşdırmaqdır; yani; „tanınma, təzminat və torpaq“ tələb etmək.

Buna nail olduqda isə məsələ soyqırım iddiası ilə bağlanmayacaq, ardıcıl olaraq müstəqil Kürd dövləti və digər azlıqların muxtariyyət tələbi davam edəcək və bir gün də hamısı müstəqillik üçün yeni beynəlxalq tələblər irəli sürəcəkdir.

MİN İLLİK HİMAYƏ

İstanbulun fəthindən üzü bəri altı əsr (568 il) birlikdə yaşadığımız və Osmanlı Dövlətinin yüksək vəzifələrə gətirdiyi „sadiq millət“ və „ sadiq vətandaş“ kimi adlandırdığı Ermənilərin Anadoluda və Azərbaycanda Türklərə qarşı törətdiyi qırğınlar soyqırım konvensiyası çərçivəsində qəbul edilməli olan tarixi həqiqətlərdir.

Məsələn, ABŞ, AB və Rusiyanın Ermənilərin törətdiyi soyqırım məsələlərində niyə heç bir söz etmirlər? Çünki Ermənistan Rusiyanın „sevimli balasıdır”.

Yunanıstanın AB-ye nisbətlə münasibəti nə qədər vacib isə Ermənistanın, Rusiya ilə olan münasibəti ondan da artıq vacibdir.

Əslində xristian dininin katolik məzhəbi ilə pravoslav məzhəbi həmişə bir-birinin qanlı düşməni olub. Tarixən katoliklər həmişə pravoslavların qanını tökmüşdür.

Fəqət katolik Avropa, qondarma „soyqırım“ iddiasına dəstək verir. Beləliklə Məhəmməd peyğəmbərin (s.ə.s.);“kafirlər tək millətdir, möminlər ancaq qardaşdır“ Hadisi-Şərifi həqiqi mənada öz yerini tapıb…

İstanbulun fəthinə qədər Bizans imperiyasının vətəndaşı olan ermənilər, suriyalılar, xaldeylər, yəhudilər, yezidlər (ezidilər) və yunanlar İstanbul fəth ediləndən sonra Osmanlı vətəndaşı kimi qəbul ediliblər.  Qeyri-müsəlman azlıqların dini, dili və mədəniyyəti bilavasitə Fatəhin xüsusi fərmanı ilə qorunub. 1000 il boyunca xarici millətlər Səlcuqlu və Osmanlı Dövlətlərinin zəmanəti altında olublar və beləliklə nəsillərini, din, dil və mədəniyyətlərini qoruyub-saxlayıblar.

Səlcuqlu və Osmanlı hakimiyyəti altında yaşayan azlıqlara əgər soyqırım tədbiq olunsa idi indiki zamana qədər bir dənə qeyri-müsəlman qalmazdı və onlar əsrlər boyu nəsillərini davam etdirə bilməzdilər.

Yalnızca Türkiyədəki azlıqlar deyil Balkanlarda, 1354-1912 illəri arasında 558 il Osmanlı hakimiyyəti altında yaşamış sırplar, xorvatlar, makedoniyalılar, albanlar, rumınlar, bolqarlar, yunanlar, slovaklar, slovenlər və macarlar da həyatda qalmazdılar.

Bir çox arxiv sənədlərində aşkar olduğu kimi, Erməni  vətəndaşlar „Sövq və Yerləşdirmə“ qanunu çərçivəsində başqa yerlərə köçürülüb. Ancaq fakt odur ki, 1915-ci ildə Türkiyədəki Osmanlı tabeliyində yaşayan Ermənilərin hamısı „Sövq və Yerləşdirmə“ qanununa tabe deyildi. Aşağıdakı arxiv cədvəlində aydın şəkildə göründüyü kimi; Ankara vilayəti, Adana vilayəti, Əskişəhir vilayəti, Haləb vilayəti, Hüdavəndigar vilayəti (Bursa), Diyarbəkir vilayəti, Karəsi Sancağı (Balıkəsir), Karahisar Sancağı (Afyonkarahisar), Kayseri Sancağı, Mamürətülaziz vilayəti (Harput) və Niğdə vilayətində yaşayan  465.454 min Erməni vətəndaş köçürüməyib. Dəməli Osmanlı Dövləti ermənilərə soyqırım tətbiq etməyib, əgər etsə idi bütün erməniləri köçə məcbur edərdi…

„Sövq və Yerləşdirmə“ qanununa tabe olanlar, xüsusilə Osmanlı Dövlətinə qarşı üsyana cəhd göstərən, qiyam təşkil edən, dinc əhaliyə zülm edən, düşmənlə əməkdaşlıq edən və onlara kömək edənlər daxili təhlükəsizlik səbəbilə ailəliklə başqa bölgələrə köçürülüb. 1915-ci ildə Osmanlı Dövləti əraziləri olan Suriya və bugünkü Şimali İraq bölgələri daxil olmaqla ümumilikdə 51 bölgəyə göndərilən Erməni  vətəndaşların daşınır malları və daşınmaz əmlakları qeydiyyata salınıb. İcarə, məhsul və s. Yollarla əldə edilən gəlirləri xüsusi qurulmuş bölmələr tərəfindən toplanırdı.

Birinci Dünya Müharibəsi şəraitində 51 bölgəyə göndərilən Erməni vətəndaşların can və mal təhlükəsizliyini təmin etmək üçün Osmanlı Dövləti yüksək miqdarda mali və hərbi xərc çəkib. Onsuz da müharibə şəraitində məhdud imkanlar içində olan Osmanlı Dövləti nəyə görə soyqırım etmək istədiyi Ermənilər üçün mali və hərbi imkanlarını səfərbər etməli idi?

İddiaya görə, əgər Osmanlı Dövləti şüurlu şəkildə Erməni vətəndaşlarını soyqırıma məruz qoymaq istəsə idi, İkinci Dünya Müharibəsində Almaniyanın tətbiq etdiyi Yəhudi soyqırımı kimi, toplu halda hamısını məhv edə bilərdi. Hətta bunu, Birinci Dünya Müharibəsi şəraitində həyata keçirmək daha da asan olardı.

Birinci Dünya Müharibəsi şəraitinin mənfi şərtləri altında yalnız Ermənilər deyil, hərbi hissələr də çox çətin vəziyyətdə cəbhələrə sövq edilirdi.

Müharibə illərində mülki əhali və orduları təhdid edən traxoma (korluq), vərəm, cüzam, tif, difteriya və vəba epidemiyaları bütün dünyada geniş yayılmış idi. Həmin illərdə vəba epidemiyası səbəbindən mülki əhalidə, cəbhələrdə və hərbi hissələrdə böyük itkilər baş vermiş idi.

„Erməni  soyqırımı“ yalanı, Avropa dövlətləri və xüsusən də ABŞ tərəfindən 106 ildir Türkiyəyə qarşı siyasi təzyiq kimi qəsdən irəli sürülən siyasi iddiadan ibarətdir.

ABŞ Prezidenti Joe Bidenin 1915-ci ildə Ermənilərin bir qisminə tətbiq olunan „Sövq və Yerləşdirmə“ hadisəsini „soyqırım“ kimi ifadə etməyi nə elmi, nə də tarixi faktlarla əsla sübut olunmayan bir iddiadır.

1915-ci ildəki Erməni köçünün qeydləri yalnız Osmanlı Dövləti tərəfindən deyil həm də İngilis, Fransız, ABŞ və Rusiya hərbi qeydlərində mövcuddur. ABŞ Hələb Konsulluğunun protokolunda qeyd olunan Ermənilərin köç cədvəli aşağıda bildirilib:

The following is the statistics of Armenian immigrants according to best information:

(Türkcə:Taqib edən, en iyi məlumatlara görə Erməni  mühacirlərinin statistikdir.)

„Şam və Maana qədər olan ərazi…     100.000

Hama və ətraf kəndlər…                     12.000

Homs və ətraf kəndlər…                     20.000

Hələb və ətraf kəndlər…                     7.000

Maara və ətraf kəndlər…                     20.000

Bab və ətraf kəndlər…             8.000

Mumbidge və ətraf kəndlər…             5.000

Ras-el-Ain və ətraf kəndlər…             20.000

Raqqa və ətraf kəndlər…                     20.000

Deyr-əz-Zor və ətraf kəndlər…           300.000

Cəmi… 486.000

3 fevral 1916 ”

„Sevk ve teb’îdleri mukarrer Ermeni ahâlînin vilâyet ve müstakil livâ üzerine mikdârını irâe eder.” [7]

„Köçürülməsinə qərar verilmiş Erməni  əhalinin, Vilayət və Sancaqlara görə miqdarı“

 Sicilde Mukayyed NüfûsSevk Olunan NüfûsMahall ve Tarîk-i SevkleriÎzâhât
Esâmî-i Vilâyet ve LivâAdedAded  
Ankara Vilâyeti47.224Köçürümədi  
Erzurum Vilâyeti128.657120.000Mamüretülaziz tarîkiyle Musul Vilâyetiyle Zor SancağıNüfûs-ı mütebâkiyye kısmen müsâdemelerde telef olmuş ve kısmen de firâr etmişdir.
Adana Vilâyeti46.031Köçürümədi  
İzmit Sancağı54.37050.000Konya, Haleb tarîkiyle Zor SancağıNüfûs-ı mütebâkiyye firâr ve ihtifâ veyâ vefât etmişdir.
Eskişehir Sancağı Köçürümədi  
Bitlis Vilâyeti109.52120.000Bir kısmı Siird tarîkiyle Diyarbekir’e bir kısmı da Mamüretülaziz tarîkiyle Zor ve MusulNüfûs-ı mütebâkiyye müsâdemelerde telef olmuş ve bir kısmı da firâr etmişdir.
Canik Sancağı26.37426.374Amasya, Karahisar tarîkiyle Sivas – Zor, Musul 
Haleb Vilâyeti34.451Köçürümədi  
Hüdâvendigâr Vilâyeti66.413Köçürümədi  
Diyarbekir Vilâyeti61.002Köçürümədi  
Sivas Vilâyeti141.592141.592Malatya tarîkiyle Zor, Musul 
Trabzon Vilâyeti34.50028.000Gümüşhâne tarîkiyle Zor, MusulNüfûs-ı mütebâkiyye müsâdemelerde telef olmuşdur.
Karesi Sancağı8290Köçürümədi  
Karahisar Sancağı7327Köçürümədi  
Kayseri Sancağı47.617Köçürümədi  
Mamüretülaziz Vilâyeti74.206Köçürümədi  
Maraş Sancağı27.10127.101Haleb tarîkiyle Zor, Suriye 
Niğde Sancağı5101Köçürümədi  
Van Vilâyeti67.792Köçürümədi  
Yekûn987.569(413.067)  

Bəs, „soyqırım“ yalanı daha nə qədər belə davam edəcək sualını versək deyərdik ki; Türkiyə beynəlxalq sahədə cəlbedici gücə çatdıqda ABŞ, AB və Rusiya durub belə bir açıqlama verəcək:

„Bəli, biz də Ermənilərin, 568 ildir Türklərin himayəsində öz varlıqlarını davam etdirdiklərinə inanırıq və onlar Türklərin sayəsində dinlərini, dillərini və mədəniyyətlərini qoruyublar. Türklərin, „Erməni  soyqırımı“ törətdiyi iddiasını biz də qəbul etmirik bunu, yalnız siyasi bir danışıq olduğuna inanırıq…“

Əbdülqadir İNALTƏKİN


[1] Dadrian, Vahakn N., „The history of the Armenian genocide: ethnic conflict from the Balkans to Anatolia to the Caucasus.” Berghahn Books, New York 2004, ISBN 1-57181-666-6, p.256.

[2] Wolfgang Gust: Der Völkermord an den Armeniern. Die Tragödie des ältesten Christenvolks der Welt. Carl Hanser Verlag, München 1993, ISBN 3-446-17373-0, Kapitel 7.

Wolfgang Gust: Partner im Schweigen. Das deutsche Kaiserreich und die Vernichtungspolitik der Jungtürken. In: Huberta von Voss (Hrsg.): Porträt einer Hoffnung. Die Armenier. Lebensbilder aus aller Welt. Verlag Hans Schiler, Berlin 2005, ISBN 3-89930-087-4, S. 79–95, S. 90

[3] Merve Erol, „Ermeni Tehcirinde Almanya’nın Rolü”,  Heinrich Boll Stiftung, 6 Kasım 2015

[4] Wolfgang Gust: „Der Völkermord an den Armeniern. Die Tragödie des ältesten Christenvolks der Welt.“ 1993, ISBN 3-446-17373-0, Kapitel 7.

[5] Vahakn N. Dadrian: „The history of the Armenian genocide. Ethnic conflict from the Balkans to Anatolia to the Caucasus.” Berghahn, New York 2004, ISBN 1-57181-666-6, p. 256.

[6] Huberta von Voss (Hrsg.): „Porträt einer Hoffnung. Die Armenier. Lebensbilder aus aller Welt.“ Schiller, Berlin 2005, ISBN 3-89930-087-4, S. 101.

[7] TSK Genelkurmay Başkanlığı Sitesi (Word dosyası)“. 30 Aralık 2008 tarihinde kaynağından arşivlendi.

Erişim tarihi: 27 Nisan 2021

https://web.archive.org/web/20081230094730/http://www.tsk.mil.tr/8_TARIHTEN_KESITLER/8_1_Ermeni_Sorunu/konular/ermeni_sorunu_salonu_doc/techire_tabii_tutulan.doc

Hamısını Göstər

Related Articles

Back to top button