Günün videosu: Qarabağa zorla gətirilən erməni gənclərin 3-cü yolu

Siyasi və tibbi dildə buna aqoniya deyirlər. Aqoniya – yəni canvermə çırpıntılar…
Qarabağda tamamilə demoraliziə olan erməni siyasiləri və hərbçiləri, eləcə də Ermənistan cəmiyyəti öz ağılları və tamahları üzündən düçar olduqları situasiyadan çıxmaq üçün çırpınırlar. Bu video o çırpınışın təzahürüdür.
Onlar labüd məğlubiyyətdən qaçmaq üçün can hövlü ilə tələbələri, adi gəncləri zorla avtobuslara doldurub başqa ölkəyə, Azərbaycana, onun qədim mahalı Qarabağa göndərirlər.
Qarabağ bu gənclərin vətəni deyil və olmayacaq – onlar bunu anlayırlar. Bu gənclər onu da anlayırlar ki, Qarabağ torpağı onlar üçün böyük ehtimalla məzar olacaq.
Onlar erməni başbilənlərin başlatdıqları bu hərbi-siyasi avantürada ölmək istəmirlər. Bir var, “Böyük Ermənistan” dövlətinin yaradılmasını kənardan, ən azı televizordan müşahidə etsinlər, bir də var, bu prosesdə iştirak etsinlər.
Erməni gənclər başa düşür ki, bu “şərəfli proses”də iştirak onlara canları bahasına başa gələcək.
Bax, ona görə onlar üzgündürlər, eyni zamanda qorxurlar, instinktləri onlara “getmə” deyir, fəqət xirtdəkləri əldədir. Getməsələr, fərari adlandırılacaqlar, cavan canları türmələrdə çürüyəcək, getsələr, gülləyə gələcəklər, çürümə prosesi real olaraq gedəcək – qırılanlardan artıq deyillər ki.
Amma bu gənclərin üçüncü yolu da var və bu onlar üçün sözün yaxşı mənasında axırıncı yoldur: Qarabağa gəlmək və ilk fürsətdə ağ mələfə qaldırıb Azərbaycan ordusuna əsir düşmək. Bu halda onların canı sağ qalacaq və bir neçə aydan sonra üçüncü ölkəyə göndəriləcəklər.