Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım günü ilə bağlı görüş keçirdi – FOTO

Hərbi Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım günü ilə bağlı Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan və Xocavənd rayonlarında yerləşən bölmələrində görüşlər keçirib və hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Hərbi Prokurorluqdan verilən xəbərə görə, hərbi qulluqçulara Vətən müharibəsində zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və onun ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın əvəzsiz rolundan, döyüşlərdə hərbiçilərimizin şücaətindən danışılıb.
Görüşlər zamanı həmçinin hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və hospitalda müalicə onun hərbi qulluqçulara sovqatlar təqdim edilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)




