Hərbi qulluqçu müəmmalı şəraitdə vəfat etdi

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

Bu barədə onun dayısı Vidadi Ordahallı məlumat paylaşıb. O qeyd edib ki, bacısı oğlu Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button