Hadrutdakı terrora Rusiya MN-dən gözlənilməz reaksiya

Rusiya Müdafiə Nazirliyi Hadrut bölgəsində baş verən erməni təxribatı ilə bağlı açıqlama yayıb.

Rusiya MN “tərəflər arasında atəşkəs rejiminin pozulması barədə məlumatları” yoxladığını bəyan edib.

Qeyd edək ki, “tərəflər arasında atəşkəs rejimi” deyilən bir anlayış yoxdur və pozula da bilməz. Çünki Azərbaycan Ordusunun Qarabağda üzbəüz durduğu “tərəf” yoxdur və yaxud 10 noyabr Bəyanatına görə, olmamalıdır. Belə ki, razılaşmaya əsasən, erməni ordusu Azərbaycan ərazisini tərk etməli, onların yerləşdiyi ərazidə isə Rusiya sülhməramlıları olmalıdır. Ərazidən çıxmayan erməni silahlısı qanundankənardır və terrorçudur.

Bu qanundankənar və terrorçu ünsürlərdən ibarət 6 nəfərlik dəstə dekabrın 27-də saat 15:30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə 1 hərbçimiz şəhid olub. Bunun ardınca Ordumuzun xüsusi təyinatlıları atniterror əməliyyatına başlayıb və 6 erməni terrorçusunun hamısı məhv edilib.

Rusiya sülhməramlıları “tərəflər arasında” hansısa atəşkəsin pozulmasını yox, o terrorçuların Qarabağda necə qalmasını araşdırmalı və Azərbaycan tərəfinə hesabat verməlidir.

Hamısını Göstər

Related Articles

Back to top button