İddia – “Tezliklə Rusiyanın parçalanmasını görəcəyik”

“Rusiya iğtişaşlarla sarsılacaq, tezliklə parçalanacaq, Ukrayna Silahlı Qüvvələri bunun olması üçün hələ bir neçə addım atmalıdır”.

Bunu Ukrayna prezident aparatı rəhbərinin köməkçisi Mixail Podolyak deyib.

“Əlbəttə, Rusiyanın 100 min hərbçisinin həlak olması ölkənin əhalisinə təsir etməyəcək. Rusiya iğtişaşlarda boğulmalıdır. Amma bu iğtişaşlar o zaman başlayacaq ki, Rusiya siyasi elitası öz cəmiyyətini bezdirəcək, öz qorxaqlığı ilə onları qıcıqlandıracaq. Bir-iki addım qalıb: Ukrayna ərazisində bir-iki iri hərbi məqsədə çatılması, Rusiyanın siyasi dairələrində panikaya səbəb olacaq”, – Ukrayna rəsmisi bildirib.

Podolyakın sözlərinə görə, Rusiya cəmiyyəti tabeçilik və qorxu prinsipi üzərində qurulub:

“Cəmiyyət tabeçiliyin və qorxunun itdiyini hiss edəcək və bundan sonra öz bacarığını Ukrayna deyil, öz ölkəsinin ərazisində göstərməyə başlayacaq.

Bankomatları qarət edəcəklər. Siz də, mən də bunu yaxın gələcəkdə görəcəyik, Rusiya imperiyasının süqutunu görəcəksiniz. Eyni zamanda, Rusiyada başqa bir dövlətin yaranmasını gözləyə bilərik”.

Hamısını Göstər

Related Articles

Back to top button