Fransa ilə Ermənistanın Qarabağla bağlı şok planı – “İflasa uğrayacaq”

Rus kontingentin müvəqqəti yerləşdiyi ərazilərdə Vardanyan və Arutunyan cütlüyünün rəhbərlik etdiyi silahlı dəstələrin mövcud olduğu müddətdə orada yaşayan erməni əsilli Azərbaycan vətəndaşları faktiki olaraq girov saxlanılır. Xankəndi sakinlərinin sosial şəbəkə hesabları qondarma güc strukturları tərəfindən izlənilir, erməni əhaliyə təzyiqlər edilir, hətta onlar arasında döyülərək işgəncə məruz qalanlar barədə faktlar mövcuddur.

Laçın-Xankəndi yolunun açıq olmasına baxmayaraq, quldur dəstəsi saxta böhran görüntusu yaratmaq üçün sadə insanların o yoldan istifadəsini bilərəkdən məhdudlaşdırır. Vardanyan daha əvvəl təşkil etdiyi etiraz aksiyasına Ermənistandan əhalini cəlb edə bilmişdi. Sonrakı mitinq cəhdi isə Vardanyan üçün uğursuz oldu. Çünki ermənilər yaxşı anlayırdı ki, gərginliyi azaltmaq məqsədini açqlayan Vardanyanın Qarabağa gəlişi vəziyyəti daha da gərginləşdirdi. Hazırda eyni vasitələrdən istifadə etməklə Vardanyan dekabrın 25-də yeni aksiya təyin edib. Bu aksiya da əvvəlki kimi nəticəsiz qalacaq. Çünki Vardanyan izdiham görüntüsü yaratmaq üçün Ermənistandan əlavə insan resursu cəlb edə bilməyəcək. 

Rus kontingentin müvəqqəti yerləşdiyi ərazilərdə quldur dəstələrinin başçıları tərəfindən uydurulan “humanitar fəlakət” nağıllarına isə bu gün dünyada Fransa prezidenti Emanuel Makrondan başqa kimsə inanmır. Makron nədənsə böyük canfəşanlıqla beynəlxalq humanitar təşkilatların Qarabağ ərazisinə göndərilməsi üçün çağırışlar edir. Əslində Emanuel Makronun çağırışlarında əsl məqsədi istənilən yolla Cənubi Qafqazda yerləşmək, burada möhkəmlənmək niyyətindədir. 

Əslində Fransa prezidenti daha əvvəl də Qarabağda yerləşmək üçün sərhəd missiyası vasitəsilə cəhd göstərmişdi. Bu planlar baş tutmadığından indi də Makron humanitar təşkilatların əli ilə öz çirkin niyyətini gerçəkləşdirməyə çalışır. Fransanın Ermənistanla birgə hazırladığı məkrli planlar iflasa uğrayacaq. Azərbaycan ərazisinə humanitar missiya, yalnız Bakının razılığı əsasında göndərilə bilər. Azərbaycan isə buna razılıq vermək niyyəti olmayıb və olmayacaq. Azərbaycanın suveren ərazisi olan Qarabağa hansısa kənar qüvvələrin Bakının icasəzi olmadan müdaxiləsi mümkün olan iş deyil. 

Xankəndidən yayımlanan görüntülərdən məlum olur ki, bu ərazilərində humanitar böhranla bağlı iddialar tamamilə uydurmadır. Azərbaycan Xankəndi ərazisində yaşayan erməni əsilli vətəndaşlarının problemlərini Makronun məsləhətləri olmadan da həll etməyə qadirdir və bunu dəfələrlə rəsmi səviyyədə bəyan edib. Bundan başqa humanitar məsələləri həll etmək üçün Xankəndidəki Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisi ilə Azərbaycan arasında yaxından əməkdaşlıq mövcuddur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının və bu maşınların müşayiəti ilə təcili tibbi yardım avtomobillərinin, Laçın-Xankəndi yolunun hazırda aksiya keçirilən hissəsindən maneəsiz hərəkəti etməsi, Xankəndidə heç bir humanitar böhranın mövcud olmadığını göstərir. Fransanın Azərbaycana qarşı birtərəfli və əks mövqe tutduğuna görə Makronun yenidən vasitəçiliyə can atması rəsmi Bakının üçün qəbuledilməzdir. 

Ədalət Verdiyev, hərbi ekspert

Mənbə
Moderator.az
Hamısını Göstər

Related Articles

Back to top button