İrəvan Qarabağın anneksiyasına hazırlaşır?

“Qarabağ Ermənistandır və nöqtə”, “Ordumuz müdafiəyə yox, hücuma hazırlaşmalıdır” kimi aqressiv bəyanatlar, Gəncə və Mingəçevirə zərbələrin vurula biləcəyi haqda hədələr bir şeydən xəbər verir: İrəvan müharibəyə hazırlaşır.

Bunu beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutyunyanın sülh danışıqlarına qarşı çıxması haqda danışarkən deyib.

O bildirib ki, Nikol Paşinyan 2018-ci ildə meydanlardan siyasi arenaya gələrkən onun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sələflərindən fərqli nəsə edəcəyi gözlənilirdi:

“Hətta ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürlər formalaşdırdı. Lakin təəssüf ki, gözləntilərin əksinə, Paşinyan gərginliyi heç olmadığı qədər artırdı.

Paşinyanın sadiq adamı olan Dağlıq Qarabağdakı separatçıların “lider”i Araik Arutyunyan isə son olaraq açıq şəkildə sülh danışıqlarına qarşı çıxdığını deyərək, anneksiya mesajı verdi. Bu, bir daha onu göstərir ki, separatçı lider İrəvanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirir”.

Professorun sözlərinə görə, Ermənistanın nə düşünməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına sahibdir:

“Çünki Azərbaycanın belə bir şeyə ehtiyacı yoxdur. Ermənistan qoşunlarının Dağlıq Qarabağı işğal etməsi faktı özü belə uzun illərdir Azərbaycana Qarabağa hərbi müdaxilə haqqı tanıyır.

BMT Baş Assambleyasının 1996-cı il tarixli qərarına əsasən, dövlətlərə konkret səbəblər qarşısında güc tətbiq etmək haqqı tanınır. Azərbaycanın BMT-nin müvafiq qərarında öz əksini tapan bir yox, bir neçə güc tətbiqetmə faktını əsas gətirib, Qarabağa hərbi müdaxilə edə bilər”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button