İran Azərbaycanla bağlı böhtanlarını təkrarladı: “Terrorçu qruplara dair əlimizdə faktlar və hətta telefon danışıqları var”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İran-Azərbaycan əlaqələrinə və son günlər bu sahədə yaranan bir sıra problemlərə toxunub: Azərbaycanla əlaqələrimiz çox dostcasına, yaxşı və çoxqatlıdır və dünən keçirdiyim mətbuat konfransında da qeyd etdim ki, qonşularımızla, o cümlədən Azərbaycanla münasibətlərimiz normaldır və onlarla münasibətlərin olmaması anormaldır.

İSNA-ya istinadən xəbər verilir ki, bu gün səhər İran radiosunun canlı efirinin qonağı olan Səid Xətibzadə Cənubi Qafqaz bölgəsində gedən proseslərə toxunaraq əlavə edib: Terrorçu qruplaşmaların Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı xəbərlərin yayıldığı ilk vaxtdan buna dair əlimizdə faktlar və hətta onların telefon danışıqları var, habelə İran kəşfiyyatı onları dəqiq nəzarətdə saxlayır. Biz Azərbaycan tərəfinə bunun bizim üçün qəbuledilməz olduğunu bildirdik və bizə ən yüksək səviyyədə söz verdilər ki, narahatlıqlarımızı aradan qaldıracaqlar.

O, habelə Azərbaycanda sionist rejimin bəzi hərəkətlərini tənqid edərək deyib: Daha sonra Azərbaycanda İran tranzit sürücülərinə qarşı qeyri-dostcasına rəftarın şahidi olduq və bütün bunlar bizi Azərbaycanla açıq və konkret danışmağa sövq etdi. Onlar da bizə narahatlıqlarımızı aradan qaldırmağa çalışacaqlarını bildirdilər.

Bir sıra Azərbaycan rəsmilərinin bəzi qeyri-diplomatik bəyanatlarına toxunan İran XİN sözçüsü qeyd edib: Biz bu açıqlamalara öz kanallarımız vasitəsilə cavab vermişik.

Qeyd edək ki, özü işğalçı Ermənistana hərtərəfli dəstək verməklə Azərbaycan xalqını və dövlətini ən çətin günlərdə – Qarabağ müharibəsində yalnız qoyan İran hökuməti üzdə İslam ümmətindən, birlikdən, dostluqdan, qonşuluqdan və qardaşlıqdan ağız dolusu dəm vursa da, əməldə bu insani dəyərlərin heç birinə inanmır. Bəli, Tehran hökuməti üçün ən vacib məsələ islami və insani dəyərlər deyil, rejimin maraqlarını təmin etməkdir. Necə ki, İran haqqı qoyub işğalçı ilə dost olursa və hər gün onunla əlaqələrini genişləndirirsə, Azərbaycanın da kiminlə dost, müttəfiq olmasına qarışa və bu ölkənin daxili işlərinə, yürütdüyü xarici siyasətə müdaxilə etməyə heç bir haqqı çatmır.

Mənbə
Azad İran
Hamısını Göstər

Related Articles

Back to top button
Close