İran Süleymaninin intiqamını hazırlayır – Hədəf səfirdir
İran hökuməti ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd hazırlayır.
Bu barədə “Politico” yazır.
Nəşrin mənbələrinin məlumatına əsasən, Tehran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasem Süleymaninin qətlinə görə Donald Trampdan intiqam almağın yollarını axtarır.
Məqalədə qeyd olunur ki, sui-qəsd uğurla nəticələndiyi təqdirdə, ABŞ ilə İran arasındakı münasibətlər xeyli dərəcədə pisləşə və bundan sonra Tramp cavab tədbiri görə bilər.
Məlumdur ki, Ştatların rəsmi şəxslərinə hələ yazda səfirlərinin təhlükə ilə üzləşməyi barədə məlumat verilmişdi, lakin son aylar bu təhlükə daha hissolunandır. Amerika hökumətinin nümayəndəsinin sözlərinə əsasən, İranın Pretoriyadakı səfirliyi də sui-qəsddə iştirak edir.