Bu, TERROR AKTIDIR! İrandakı səfirliyimizə silahlı hücum edilib. Qətlə yetirilən və yaralananlar var

“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub”.

Polise.az xəbər saytına  məlumat Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən daxil olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button