İtaliyada pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb

İtaliyada Yeni il gecəsi pirotexniki vasitələrin partlaması nəticəsində 180-ə yaxın insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

“La Repubblica” yazır ki, xəsarət halları Neapol və Milanda qeydə alınıb.

İtaliyanın bir sıra şəhərlərində hakimiyyət insidentlərin qarşısını almaq Yeni il atəşfəşanlığını qadağan edib, lakin bir çox yerli sakinlər qadağalara əməl etməyiblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button