Lənkəran sakini olan iki qardaşdan narkotik və silah-sursat aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Astara rayon sakini Ramin Babayev polisə məlumat verərək gecə saatlarında
Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək
mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib. Məlumat
əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin quldurluq
barədə polisə bilərəkdən yalan məlumat verdiyi müəyyən edilib. Belə ki,
araşdırmalarla məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə
etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib. Polis
əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri ilə narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən Bəhruz Hüseynzadə və qardaşı İsmət
Hüseynzadə saxlanılıblar. Şəxsi axtarış zamanı hər ikisinin üzərindən heroin
aşkarlanıb. Bundan başqa Bəhruz Hüseynzadənin yaşadığı evə keçirilən baxış
zamanı onun R.Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585
qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd
patron, əlavə olaraq 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən
bıçaq və aşkarlanaraq götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button