Mərkəzi Bank Oqtay Əsədovun qardaşının şirkətini məhkəməyə verdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı ipoteka müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəməyə müraciət edib.

Mərkəzi Bank “Evint” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və “Şərq-Era” Mənzil-tikinti kooperativinə qarşı iddia qaldırıb.

Bakı Apellyasiya Məhkəməsinə göndərilən işə hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmə prosesində Əmanətlərin Sığortalanması Fondu maraqlı şəxs qismində çıxış edəcək.

Qeyd edək ki, “Evint” MMC 2001-ci ilin sentyabrında qeydiyyatdan keçib, qanuni təmsilçisi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədovdur.

Mənbə
Unikal.org
Hamısını Göstər

Related Articles

Back to top button
Close