Masallıda oğurluq edən həmkəndlilər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az- verilən məlumata görə, Masallı rayonunun Qəriblər kəndində bir yaşayış evindən 2000 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Masallı rayonunun Qəriblər kənd sakinləri Aqil Məmmədov, Yalçın Talıbov və Aslan Məmmədov olduqları müəyyən edilib. Oğurlanmış əşyalar onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır

Hamısını Göstər

Related Articles

Back to top button
Close