Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkumtutulub
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə saxlanılan
qanunsuz odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti tədbiri həyata
keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə
polis əməkdaşlarına məlumat daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-
axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4
dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun
üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha
məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində
silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq,
polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində
olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb,
araşdırmalar davam etdirilir.