Narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd etmişdir. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açmış və görülmüş tədbirlərlə o, saxlanılmışdır.
Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülmüşdür.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button