Naxçıvan Ali Məclisinin iclasında – Şok detallar

Xəbər verdiyimiz kimi, dünən Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib və Ali Məclis sədri Vasif Talıbovun istefası qəbul edildi.

Yayılan rəsmi mətn və fotolarda bir sıra məqamlar diqqət çəkib.

Əvvəla, iclasda Vasif Talıbovun özünün iştirak etmədiyi görünür. Belə ki, deputatlar Vasif Talıbov olmadan onun ərizəsini səsə qoyublar.

İkincisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 45 deputat yeri var. 1 nəfər (Hüseyn Həşimli) vəfat etdiyi üçün hazırda 44 deputatdan (41-i YAP üzvü, 3-ü bitərəf) ibarətdir. Fotodan görünür ki, iclasda 38 deputat iştirak edib. Sədrin birinci müavinini də nəzərə aldıqda, 39 nəfər olur.

Belə aydın olur ki, deputatlardan 5-i iclasa qatılmayıb.

Bunun biri Vasif Talıbovdur. Digər 4-ünün kim olduğu maraqlıdır.

Üçüncüsü, iclasda Vasif Talıbovun oğlu, Ali Məclisin üzvü Seymur Talıbovun da iştirak etdiyi görünür.

Görəsən, Seymur Talıbov da atasının iradəsinə uyğun olaraq, onun istefasına səs verib?

Hamısını Göstər

Related Articles

Back to top button