Paşinyan özünə “sui-qəsd” edəcək: Müdhiş plan

Ermənistanın Baş naziri Nikol Paşinyanın “unikal sui-qəsd planı” erməni jurnalistlərin əlinə keçib.

Gizli planın detalları barədə məlumatı Ermənistanın “Politik.am” saytı yayıb.

Plana əsasən, Nikol Paşinyan parlament binasına gedərkən ona “sui-qəsd” ediləcək:

“Ərazi Paşinyanın palament binasına getməmişdən öncə tam olaraq baş nazirin adamları tərəfindən nəzarətə götürülür. Oranın təhlükəsizlik işçiləri kobud şəkildə yola salınır. Paşinyanın adamları həmin ərazini “minalayır”. Plan üzrə Nikol oradan keçərkən minalardan bəziləri işə salınır. Baş nazir xəsarət almadan “sui-qəsd”dən qurtulur”.

İddia edilib ki, “sui-qəsd planı”nın əsas məqsədi Paşinyanın daha bir müddət hakimiyyətdə qalmasını təmin etməkdir. İstisna olunmur ki, “sui-qəsd”in hər hansı bir yolla Nikolun düşmənləri tərəfindən hazırlandığı da “sübut” olunsun!

Hamısını Göstər

Related Articles

Back to top button