Sensasiya: 5 müxalifət partiyası YAP-a birləşir!

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar yayılıb. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.

Azəraycanın müxalif çizgili, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına birləşəcək.

Onlar aşağıdakılardır:

– Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

– Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,

– Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,

– Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

***

Milli Qurtuluş Partiyasının (sədr Vüqar Oruc) da qurultay keçirdiyi və qurultayda YAP-a birləşməklə bağlı qərar verdiyi qeyd edilib.

Hamısını Göstər

Related Articles

Back to top button