“Polise.az” xəbər saytı Respublika Günü münasibətilə Azərbaycan polisini təbrik edib

Təbrikdə deyilir:

Əziz və mübariz Azərbaycan Polisi!

102 il bundan öncə – 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlal Bəyannaməsilə  Müstəqil Azərbaycan Respublikasının dövlət, siyasi və iqtisadi quruluşunun əsasları təsis edildi.

18 oktyabr 1991-ci ildə qəbul edilən Konstitusiya Aktı ilə dövlət müstəqilliyimiz bərpa olundu.

Səlnamədə 28 may“Respublika Günü”kimi qeyd olunur. Başqa xalqlarla münasibətləri müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını soy kökünə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək Azərbaycan xalqının ayrılmaz hüququdur. Bu bəşəri dəyərlərin qorunmasında xidmətiniz danılmazdır.

Azərbaycan xalqının sınanmış, mübariz keşikçiləri, əziz Polislər!

Respublika Günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, Azərbaycan dövlətinin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılması və onun həyata keçirilməsi missiyasında sizə uğurlar arzulayıram. Unutmayın ki, biz sizinlə daha güclüyük!

Uca Tanrı müstəqilliyimizin, suverenliyimizin və ərazimizin bütövlüyünün qorunmasında dövlətin təməlini təşkil edən xalqın vahidliyinə və bu vahidliyi təcəssüm etdirən dövlət Başçısına  dayaq olsun.

Hamınıza vətənə sədaqət,  sədaqət, bir də sədaqət nümayiş etdirmək arzusu ilə:                                                                              

Şəmsəddin Əliyev
26.05.2020

Hamısını Göstər

Related Articles

Back to top button
Close