Prezident məşhur generalları təltif etdi

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Təltif edilənlər arasında generallarımız, o cümlədən məşhur generallar Hikmət Mirzəyev, Mais Bərxudarov, Hikmət Həsənov və s. də var.

Belə ki, generallar Hikmət İzzət oğlu Mirzəyev, Kərim Tofiq oğlu Vəliyev, Mayis Şükür oğlu Bərxudarov, Mübariz Balağa oğlu Rzayev və Ağamir Əzizxan oğlu Sultanov “Qubadlının azad olunmasına görə”, Vüqar Əfqan oğlu Əliverdiyev və Hikmət Hüseyn oğlu Həsənov isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

***

Generallar Hikmət Mirzəyev, Mayis Bərxudarov, Zaur Məmmədov, Kənan Seyidov və Ağamir Sultanov həm də “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Hamısını Göstər

Related Articles

Back to top button