Şevçenkodan şok: Ruslar III Qarabağ savaşı hazırlayır?

27 dekabrda Tuğ kəndində 6 erməni terrorçunun növbəti dəfə terror törətməsi və Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə bir daha rus sülhməramlılarının mövqeyi gündəmə gəlib.

Başda Oleq Kuznetsov olmaqla, bir çox rusiyalı politoloq bu hadisədən sonra rus sülhməramlılarının Qarabağdakı fəaliyyəti və ermənilərə qayğısını kəskin şəkildə tənqid edib.

Tanınmış rusiyalı politoloq, jurnalist və ictimai xadim Maksim Şevçenko isə öz kanalından canlı yayımı zamanı rus sülhməramlılarının fəaliyyətinin 3-cü Qarabağ savaşına yol açdığını bildirib:

“Rusiyanın RBK telekanalı – yeri gəlmişkən, bu kanal Rusiya Prezident Administrasiyasına bağlıdır – açıq-aşkar Araiki (keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri) “dqr”ın prezidenti adlandırır. Dövlət tərəfindən (Rusiya dövləti nəzərdə tutulur – red.) açıq şəkildə dəstəklənənlər də daxil olmaqla, Rusiyanın bir çox media qurumu Dağlıq Qarabağı “artsax” kimi qələmə verir. Bu, 10 noyabr Bəyannaməsinə açıq-aşkar xəyanətdir. Putin Dağlıq Qarabağı açıq şəkildə Azərbaycan ərazisi saydığını bildirir, amma dövlət mediası fərqli təbliğat aparır”.

M.Şevçenko rus sülhməramlılarına Qarabağda heç bir ehtiyac olmadığını və onların fəaliyyətinin heç də sülhməramlı olmadığını da vurğulayıb. O deyib ki, Qarabağ – Azərbaycanın suveren ərazisidir:

“Rusiyada bəziləri sanki orda növbəti bir xəstəlik yaratmaq və sonra onunla alver etmək istəyir”.

“Bu yaxınlarda Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Qarabağda hər biri 300 sülhməramlı üçün nəzərdə tutulmuş 32-yə yaxın şəhərcik salacaqlar. Bu isə toplamda 10 min nəfər deməkdir. 10 min nəfərlik sülhməramlı kontingent? Bu rəqəm Qarabağda vuruşan erməni ordusunun az qala yarısı deməkdir. Kimə lazımdır bu qədər sülhməramlı?! Deməli, həmin şəhərciklər “dqr”in yeni “ordusu”nun hazırlanması üçün nəzərdə tutulub və bu ordu sonradan Azərbaycana qarşı vuruşacaq?” – o bildirib.

M.Şevçenko qeyd edib ki, ermənilər buna görə açıq şəkildə 3-cü Qarabağ savaşından danışırlar:

“Baxın, erməni politoloq İsgəndəryan mart-aprel aylarında 3-cü Qarabağ savaşının olacağını bildirib. Onlar rus qalxanının arxasında gizlənərək, ordunu modernləşdirərək, yeni qan tökülməsinə hazırlaşırlar? Bu ehtimal istisna deyil. Bəs bu, Rusiyanın nəyinə lazımdır? Bu, bizə, ruslara qətiyyən lazım deyil. Bizə azərbaycanlılarla qarşılıqlı əməkdaşlıq və sülh lazımdır. Orda olan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da çıxıb getməlidirlər başqa ölkəyə”.

Politoloq Rusiyada, o cümlədən Rusiya silahlı qüvvələri daxilində erməni lobbisi və erməni maliyyəsinə bağlı şəxslərin olduğunu qeyd edib, məsələn, Zatulin kimi və bu şəxslərin Putinin iradəsi əleyhinə getdiyinə işarə edib.

Hamısını Göstər

Related Articles

Back to top button