Prezidentin kabinetində 20 il əvvəlki məxfi söhbət: Yeni sənəd sirləri ortaya tökdü
“29 aprel 2004-cü ildə Prezident Corc Buş Oval ofisdə o zamana qədər olan ən qeyri-adi görüşlərdən birini keçirdi. 11 sentyabr terror aktını araşdıran komissiyanın 10 üzvü ona və vitse-prezident Dik Çeyniyə 11 sentyabr hücumları ilə bağlı istədikləri sualları verməli idilər. Bu otaqda deyilən sözlər təxminən 20 il ərzində sirr olaraq qaldı. İndi nəhayət, Buşun dediklərini oxuya bilərik”.
Bunu “İnsider” yazıb.
Dekabrın əvvəlində, 18 ildən çox vaxt keçdikdən sonra hökumət iclas zamanı komissarların götürdüyü qeydlərdən ibarət 31 səhifəlik “protokol üçün memorandum”un məxfiliyini ləğv edilib. Sənəddə göstərilir ki, komissarlar Buşa “əl-Qaidə”-nin hücumu ilə bağlı hökumətdən aldığı çoxsaylı, üstəlik sənədləşdirilmiş xəbərdarlıqları etiraf etmək üçün bir neçə dəfə şans veriblər. Ancaq Buş bunu edə bilməyib. Əvəzində məsuliyyəti öz üzərinə götürüb.
O gün Buşun bəlkə də ən böyük səhvi Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Corc Tenetlə bağlı idi:
“Təhlükə xaricdən gəldi, Corc belə demişdi”. Buşun ozamankı niyyəti bəllidir. O, komissiyanın və bununla da ictimaiyyətin belə düşünməsini istəyirdi ki, heç kim “Əl-Qaidə”nin ABŞ ərazisinə genişmiqyaslı hücuma keçəcəyini gözləyə bilməzdi. Amma əslində, Tenetin Mərkəzi Kəşfiyyat İdarəsi Buşa dəfələrlə xəbərdarlıq etmişdi ki, “Əl-Qaidə” hər yerdə və istənilən vaxt hücum edə bilər, bütün ABŞ vətəndaşları potensial hədəflərdir. Ancaq Buş bu xəbərdarlıqları nədənsə görməzdən gəlmişdi.
Üstəlik Buşun aldığı ən səs-küylü xəbərdarlıq yeganə də deyildi. “Bin Laden ABŞ-a zərbə endirməkdə qərarlıdır”,-deyə MKİ Prezidentə bildirmişdi.
Komissarlardan biri Ricard Ben-Veniste “Insider”-ə bildirib ki, Buşun nəyi və nə vaxt bildiyi ilə bağlı hələ də suallar var.
Yeni sənəd açıq şəkildə göstərir ki, Ağ Evin “Əl-Qaidə”dən gələn təhlükə ilə bağlı xəbərdarlıqlara ciddi münasibəti heç də çətin deyildi. Sənədlərə görə, Tenet Buşun diqqətini “Əl-Qaidə”yə yönəltmək üçün əlindən gələni etmişdi, ancaq bu, Buşun sadəcə vecinə deyildi.
İkinci müddətə namizədliyini irəli sürməyə hazırlaşan Buş üçün təhlükəli məqamda Oval kabinetdə son dərəcə “incə söhbət”oldu. Komissiya seçkiyə 4 aydan az qalmış, iyul ayında ictimaiyyətə açıqlanacaq yazılı hesabatı artıq tamamlayırdı. Buş üç saatdan çox komissarların suallarını cavablandırmalı oldu.
Nəşr yazır: “Prezidentlik tarixindəki ən ciddi və ona baha başa gələn uğursuzluqlardan birinə imza atmasına baxmayaraq, Buşun 11 sentyabr ittihamından necə qaçaraq ikinci müddətə qalib gəldiyini anlamaq istəyirsinizsə, təxminən 20 il əvvəl Oval ofisində həmin gün nə baş verdiyini dəqiq başa düşməlisiniz…”
Nəşrdə Buşdan sitat gətirilən fikirlər xidməti yazışmalardan götürülüb. Komitənin Oval ofisdə keçiriləcək iclasına iki həftə qalmış komissiyaya Tenetdən xəbər daxil oldu. Onun ifadəsi cavablardan daha çox suallar doğurdu, xüsusən də Buşun nəyi və nə vaxt bildiyi ilə bağlı suallar yarandı. Çünki Tenet 2001-ci ilin yazında və yayında Buşa ən azı 40 dəfə xəbərdarlıq etmiş və böyük “Əl-Qaidə” hücumu barədə demişdi. Təhlilçilər xəbərdarlıq selini “təhdid dalğası” da adlandırıblar.
Buna baxmayaraq, Buş avqustun çox hissəsini “iş tətilləri” üçün Texas ştatının Krouford fermasında keçirməyə qərar verdi. Gəldikdən qısa müddət sonar, avqustun 6-da o, MKİ-dən Bin Ladenin Birləşmiş Ştatlar daxilində zərbə endirmək niyyətində olduğuna dair birbaşa xəbərdarlıq aldı. Başqa sözlə, “Prezidentin gündəlik brifinqi”ndə ona bu barədə dedilər. Ancaq bunun da nəticəsi olmadı.
Sənəd ictimaiyyətə açıqlandıqdan sonra şərhçilər Buşun əsas işinin ölkənin təhlükəsizliyini təmin etmək olduğunu bildirərək Prezidentin bunu yerinə yetirə bilməməsi ehtimalını ciddi qəbul etməyə başladılar:
“Komissiyanın hesabatını oxuyanda MKİ-dən gələn xəbərdarlıq selini və Buşun antiterror komandası arasında artan narahatlıq hissini açıq görmək olar. Lakin bu yüksək səslə və təkrarlanan xəbərdarlıqların Buşun beyninə keçə bilməməsi əsasən institusional problemlər, təxəyyül, siyasət, imkanlar və idarəçilik problemləri ilə bağlıdır”.
Komissiya Buşun komponentliyini şübhə altına almamaq yolunu seçdi. 11 sentyabr hücumlarını araşdıran keçmiş komissar Ben-Veniste “11 sentyabr hadisələrinin qarşısını ala bilməməyimizə görə özümüz şəxsən məsuliyyət daşımamağa qərar verdik. Ancaq aşkar etdiyimiz faktları bəyan etdik ki, ictimaiyyətin bu faktlara əsaslanaraq mühakimə yürütməsinə icazə verək. Bu, ölkəni daha təhlükəsiz etmək üçün lazımdır”,-deyib.
Bununla belə, bu yaxınlarda məxfiliyi ləğv edilmiş sənədlə müqayisədə, 11 sentyabr komissiyasının hesabatının rəsmi versiyası natamam və “təmizlənmiş” görünür. Hesabatda çatışmayan tərəf Buşun müdafiə mövqeyi və xəbərdarlıqları minimuma endirməkdə israrlı olmasıdır. Halbuki Tenet bunu vəzifə borcu bilərək Buşa dəfələrlə xəbərdarlıq edib.