Putin başa düşsün ki, bacarmayacaq – Stoltenberq

Ukraynadakı münaqişə uzun müddət davam edə bilər. Lakin münaqişə danışıqlar masasında bitəcək.

Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Biz Rusiyanı kiçik hesab etməməliyik. Rusiya uzun müharibə planlaşdırır. Biz anlamalıyıq ki, Prezident Putin uzun müddət bu müharibədə olmağa və yeni hücumlar etməyə hazırdır.

Bundan tez bir zamanda xilas olmağın yolu hərbi dəstək verməkdir. Qoy, Prezident Putin başa düşsün ki, o qalib gəlməyi bacarmayacaq. Ancaq oturub vicdanla danışıqlar aparmalıdır”, – o bildirib.

Stoltenberqin fikrincə, Ukraynadakı münaqişə yalnız danışıqlar masasında bitəcək.

Hamısını Göstər

Related Articles

Back to top button