Putin SSRİ-nin bərpası barədə danışdı

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası barədə danışıb.

TASS xəbər verir ki, dövlət başçısı ənənəvi illik birbaşa xətt zamanı bu ideyanı mənasız adlandırıb.

“Sovet İttifaqını bərpa etmək mənasızdır, keçmiş İttifaq ölkələrindən bəzilərində gedən demoqrafik prosesləri nəzərə alsaq, bir sıra səbəblərdən hətta məqsədəuyğun deyil”, – deyə o, bəyan edib.

Putinin sözlərinə görə, SSRİ-nin bərpası həlli mümkün olmayan sosial problemlər yaradacaq, dövləti təşkil edən etnik özəyin aşınmasına səbəb olacaq.

Hamısını Göstər

Related Articles

Back to top button
Close