“Putini təcrid etmək, “rus dünyası”nın kökünü kəsmək lazımdır” – Polşanın Baş naziri

Müharibə heç vaxt qaçılmaz olmur. O, ya düşünülmüş qərarın nəticəsi olur, ya da onun olmamasının. Ona görə də Ukraynada qanlı müharibəyə başlamış Rusiya diktatoru Vladimir Putini təcrid etmək, «rus dünyası» ideologiyasının isə kökünü kəsmək lazımdır.

Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski «PISM Strategic Ark» konfransının gedişində bəyan edib, xəbəri Polşa KİV-i yayıb.

Moravetski qeyd edib ki, Mariuolda baş verənlər və ya Buçada mülki şəxslərin öldürülməsi hamını siyasi mürgüdən ayıltmalı və köhnə illüziyalardan imtinaya məcbur etməlidir. O, diqqəti bura yönəldib ki, beynəlxalq səhnədə Putinin «sifətini saxlamaq» cəhdlərinə rast gəlnir.

Moravetskinin sözlərinə görə, Ukraynadakı müharibənin paradoksu ondan ibarətdir ki, əgər Ukrayna qalib gəlsə, bu, hər şeydən əvvəl onun qələbəsi olacaq. Ancaq əgər o, məğlub olsa, bu, bizim hamımızın uduzması və bizim yaşadığımız dünyanın sonu olacaq» – siyasətçi qeyd edib.

«Ona görə də mən, Rusiya Prezidentini təcrid etməyə çağırıram. Bəli, diplomatiya dialoq tələb edir, amma terrorçularla danışmaq olmaz».

Hamısını Göstər

Related Articles

Back to top button