Qobustan sakinindən marixuana götürülüb

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutularaq
istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər
sakini Adəm Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş
marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin
ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button