Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı saxlanılanlar-Foto Video

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin yanvar-fevral
ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq,
qanunsuz olaraq silah saxlama və xuliqanlıq cinayətləri edən ümumilikdə 71 nəfər
saxlanılıb. Həmin şəxslərdən 52-i narkotik vasitələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub.
Onlardan 39-u barəsində məhkəmə tərəfindən həbs, 13-ü haqqında isə polisin
nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən 5 kiloqram
heroin, marixuana, metamfetamin və narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onları işlə təmin
edəcəyi, həmçinin xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə yalan vədlər
verərək, zərərçəkənlərin pullarını dələduzluq yolu ilə ələ keçirən 11 nəfər
saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə, şəhər ərazisində yerləşən
evlərdən və mağazalardan oğurluqlar edən 3, soyğunçuluq edən 1, qanunsuz olaraq
silah saxlayan 1, xuliqanlıq edən 2 nəfər şəxs də saxlanılaraq məsuliyyətə cəlb
olunub.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq
Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button