Quba polisi liseydə narkomaniyaya qarşı tədbir keçirdi
Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun fizika, riyaziyyat və informatika təmayüllü
liseyində narkomaniyaya qarşı maarfiləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, liseyin
müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar
narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının necə bir
bəlaya səbəb olduğu şagirdlərə izah edilib. V.Rüstəmov həmçinin ölkəmizdə və rayon ərazisində
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan
genişmiqyaslı tədbirlərin nəticələri dinləyicilərin diqqətinə çatdırılıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb, şagirdləri maraqlandıran suallar
cavablandırılıb və onlara dəyərli tövsiyələr verilib.


