Quba polisi ucqar kənd məktəbliləri ilə görüşüb

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Əsparasti kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə polis əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov və digər iştirakçılar narkomaniyanın fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. Narkotik asılılığının necə bir bəlaya səbəb olduğu şagirdlərə izah edilib. V.Rüstəmov həmçinin ölkəmizdə və rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində aparılan genişmiqyaslı tədbirlərin nəticələrini dinləyicilərin diqqətinə çatdırıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarxa baxılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.