Qusar sakinindən narkotik vasitə, beşbarmaq və bıçaq aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında
şübhəli bilinən rayon sakini Samir Ələskərov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış
keçirilən zaman yarım kiloqrama yaxın narkotik vasitə olan marixuana, bir ədəd bıçaq və bir ədəd
kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin istifadəsində şübhəli bilinən
rayon sakini Ruhid Babayev saxlanılıb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Samir Ələskərovun barəsində
həbs qətimkan tədbiri seçilib. R.Babayev isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Hamısını Göstər

Related Articles

Back to top button