Qusar sakinlərindən narkotik aşkarlanıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli
bilinən rayon sakinləri Elbrus Mürşüdov və Zamir Seyidəhmədov saxlanılıblar. Həmin şəxslərin üzərinə
baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar
olunaraq götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində
həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button