Qusarda polis əməkdaşları məktəblilərlə görüşüblər

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Köhnə Xudat kənd tam orta məktəbində
“Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında
maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının və icra
hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak
ediblər.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis
polkovnik-leytenantı Hidayət Babayev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən
danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib.
Çıxışının sonunda isə H.Babayev gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə,
müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev hər bir
uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir
şagird öz hüquq və vəzifələrini bilməlidir.

Həmçinin, çıxış edən RPŞ-nin digər əməkdaşı, polis mayoru Əmin İsmayılov Daxili İşlər Nazirliyinin
Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək təhsil müəssisəsinin yaranma tarixi,
inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli
hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.

Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button