Rus sülhməramlılarına qarşı təxribat… – Lavrov

Rusiyanın Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat qeydə alınmayıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Qarabağdakı vəziyyətin normallaşması tendensiyası müşahidə olunur:

“Biz rəsmi Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək və vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq niyyətlərini məmnunluqla qarşılayırıq. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı vurğulamaq istərdim. Rusiya da öz növbəsində atəşkəsin qarantı vəzifəsini məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir”.

Lavrovun sözlərinə görə, yeganə pozuntu 13 dekabr tarixində Rusiya sülhməramlılarının olmadığı təmas xəttində meydana gəlib:

“Sülhməramlı kontingentimizin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla təmaslarda atılan vacib addımlar hadisənin böyüməsinin qarşısını almağa kömək etdi. Atəşkəsin pozulmasının qarşısını almaq üçün səylərimizi göstərməyə davam edəcəyik”.

Qeyd edək ki, Lavrov erməni silahlılarının 27 dekabr terroruna toxunmayıb.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close