Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərdi

Rusiya 15 döyüş gəmisini Qara dənizə göndərib.

“RİA Novosti” xəbər verir ki, Cənub Hərbi Bazasının mətbuat xidmətindən verilən məlumata görə, Qara dənizə göndərilən 15 hərbi gəmi Xəzər dənizindəki donanmaya aiddir. Yerdəyişmənin məqsədi isə hərbi qüvvələrin yoxlanışıdır.

Qeyd edək ki, bir həftə öncə Rusiyanın müdafiə naziri Sergey Şoygu ölkənin hərbi qüvvələrinin döyüşə hazırlıq vəziyyətilə bağlı yoxlamalara başlanıldığını bəyan etmişdi. O, ölkənin müxtəlif bölgələrindəki poliqonlarda taktiki təlimlərin icra ediləcəyini və bu çərçivədə aprel ayında 4048 hərbi manevrin olacağını söyləmişdi.

Hamısını Göstər

Related Articles

Back to top button
Close