Şəki hadisəsinin izi Ermənistan ordusuna uzandı – Müdafiə nazirinə istefa…

Zəngəzurun Şəki kəndində Azərbaycan hərbçisi Nəsimi Musayevlə bağlı baş verən hadisə Ermənistan parlamentində ciddi müzakirələrə səbəb olub.

Polise.az xəbər verir ki, Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyası Şəki hadisəsinin bütün detallarının araşdırılması üçün xüsusi istintaq komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib.

Fraksiyanın katibi Tiqran Abramyan bildirib ki, yaradılması təklif edilən komissiya Şəki hadisəsi ilə yanaşı, Ermənistan ordusunda son dövrdə artdığı bildirilən intihar hallarını da araşdırmalıdır.

Müxalifət xüsusilə Azərbaycan hərbçisinin sərhədi keçərək Zəngəzurun Şəki kəndinə qədər necə gəlib çıxmasının aydınlaşdırılmasını tələb edir.

Xatırladaq ki, Nəsimi Musayev Şəki kəndində baş verən insidentdən sonra saxlanılıb. Hadisə sərhəd mühafizəsinin vəziyyəti və Ermənistanın təhlükəsizlik strukturlarının fəaliyyəti ilə bağlı ölkə daxilində geniş müzakirələr yaradıb.

“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan isə müdafiə naziri Suren Papikyanın vəzifədən azad edilməsini tələb edib. Karapetyan bildirib ki, Azərbaycan hərbçisi beş gün ərzində Ermənistan ərazisində olduğu halda, Papikyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının idarə heyətinin üzvü kimi Lori vilayətində yerli seçkilər ərəfəsində seçki fəaliyyəti ilə məşğul olub.

Karapetyan hakimiyyət nümayəndələrini təhlükəsizlik problemlərinə lazımi diqqət yetirməməkdə ittiham edib və Şəki hadisəsinin müxalifət tərəfindən gündəmə gətirilməsinə istehza ilə yanaşıldığını bildirib.

“Görünür, sizin naziriniz bu məsul vəzifənin öhdəsindən gələ bilmir. Nəhayət, onu vəzifədən çıxarın. Həm o, həm də siz başa düşürsünüz ki, bu adam öz yerində deyil. Son aylarda orduda nə qədər ölüm baş verib?! Müdafiə qabiliyyəti ilə bağlı ciddi problemləri olan Ermənistana peşəkar hərbçi lazımdır”, – Karapetyan bildirib.

 

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button