Saatlıda maarifləndirmə tədbiri keçirilib

Saatlı Rayon Gənclər Evində rayon polis şöbəsinin təşkilatçılığı ilə
“Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir
keçirilib.
Tədbirdə təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, tibb
kollecinin və peşə liseyinin tələbələri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki,
ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində zəruri bütün tədbirlər görülür və bu cinayət əməli ilə məşğul olan hər
bir şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bundan əlavə,
zərərli maddələrin aludəçisinə çevrilən gənclərin normal həyata qayıda bilməsi
üçün mütəmadi olaraq profilaktiki tədbirlər də həyata keçirilir. Siz gənclər də
ətrafınızda bu bəlanın qurbanına çevrilən insanlara biganə qalmamalı, onların
normal həyata qayıtması üçün əlinizdən gələn köməkliyi əsirgəməməlisiniz.
Daha sonra yeniyetmə vaxtlarında gənclərin ailə qurması mövzusunda çıxış
edən digər iştirakçılar erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür
halların gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd
ediblər. Keçirilən tədbirin mahiyyətindən danışan məruzəçilər tələbələrə dəyərli
tövsiyələr veriblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button