Saatlıda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin
əməkdaşları tərəfindən qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərə qarşı
tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a
verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında Baş Mil-
Muğan Kollektorunun Saatlı rayonu ərazisindən keçən hissəsində aparılan
profilaktiki-nəzarət tədbirləri zamanı qeyd edilən qanunsuz əməllə məşğul rayonun
Azadkənd kənd sakini Elvin İbadov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları, eləcə də ovlanmış 31 ədəd balıq
aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button