Salyan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan “BMW” markalı
avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları
tərəfindən ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Aqil Sadıqovun narkotik
vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən A.Sadıqovun psixotrop maddə olan metamfetamin
və narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
Salyan Rayon Məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button