Salyanda maarifləndirmə tədbiri keçirilib

Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 7 saylı tam orta məktəbdə
“Narkomaniyaya yox deyək”, “Erkən və Qohumlar arasında nikahların mənfi
nəticələri” mövzularında maarifləndirici görüş keçirilib.
Görüşdə polis şöbəsinin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı
sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov
məktəblilərə narkotik vasitələrin zərərlərindən danışıb. O, bildirib ki, “ağ ölümün”
qurbanına çevrilənlərin sağlam həyata qayıtması çox çətindir. Narkomaniya tək
ölkəmiz üçün deyil, artıq bütün dünya üçün təhlükə mənbəyinə çevrilib və onun
qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
Daha sonra digər mövzu ətrafında çıxış edən tədbir iştirakçıları məktəblilərə
dəyərli tövsiyələr verərək onları maraqlandıran sualları cavablandırıblar.
Tədbirin sonunda narkotiklərin fəsadlarından bəhs edən film nümayiş
etdirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button